AZ

Mətbuat Şurasında təcrübə proqramı

Qurum tələbələri “Xalq qəzeti”nin fəaliyyəti ilə də tanış etdi

Mətbuat Şurasında təcrübə proqramı keçən Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin bir qrup tələbəsi dünən “Xalq qəzeti”nin redaksiyasında oldu.

Qəzetin baş redaktoru Əflatun Amaşov tələbələrin ölkənin media qu­rumlarının fəaliyyəti ilə yaxından tanış ol­masının hər iki tərəf üçün önəmli olduğu­nu, redaksiya–oxucu əlaqəsinə əyanilik gətirdiyini söylədi. O, rəhbərlik etdiyi qə­zetin yaranma tarixi, keçdiy yol və hazırkı fəaliyyət istiqamətləri barədə ekskursiya­çılara ətraflı məlumat verdi. Baş redaktor qeyd etdi ki, gündəlik ictimai-siyasi nəşr olan qəzetin aparıcı mövzuları ölkənin rəsmi həyatının davamlı işıqlandırılma­sı, dövlətçiliyin möhkəmləndirilməsi, mil­li-mənəvi dəyərlərin zənginləşdirilməsi məsələləri ilə sıx bağlıdır.

Görüşdə bildirildi ki, peşəkar­lıq məsələlərinə son vaxtlar xüsusi diqqət yetirən redaksiya milli jurnalisti­ka ənənələri və qəzetin 1 əsrdən artıq müddətdə formalaşmış təcrübəsi ilə müasir media çağırışlarını üzvi surətdə əlaqələndirməyə çalışır. Dünən olduğu kimi, bu gün də operativlik və obyektivlik başlıca tələb olaraq qalır. Mövzu və janr əlvanlığı, coğrafi əhatə dairəsinin genişli­yi daim nəzərə alınır. Gündəlik təqdimat­da informasiya yeniliyi analitik aktuallıq, maarifləndirici və əyləncə materiallarının rəngarəngliyi ilə tamamlanır. 

Tələbələr qəzet sayının planlaşdırıl­ması, mövzuların işlənməsi, materialların çapa hazırlanması prosesi ilə də tanış oldular. Onlara nəşrin elektron versiyası, saytı və internet televiziyası – “Xalq TV” barədə də məlumat verildi. 

Xatırladaq ki, Azərbaycan Dillər Uni­versitetinin filologiya fakültəsinin tələ­bələri fevral ayından etibarən Mətbuat Şurasında təcrübə proqramı keçirlər. Onlar qurumun təşkilatçılığı ilə ölkəmizin tanınmış qəzet və saytlarında olublar. Layihə mayın sonunadək davam edəcək.

T.RÜSTƏMLİ
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
xalqqazeti.az

1Mənbələr