AZ

"Barselona" ilə problem yaşayan İlkay Gündoğan addım-addım "CimBom"a doğru

Türkiyənin "Qalatasaray" klubu bu yay "Barselona"nın ulduzu İlkay Gündoğana təklif göndərəcək.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlkay Kataloniya klubunun çıxışını tənqid etdiyi üçün hədəfə alınıb. Bu hadisələr türk əsilli alman futbolçunun komandadan getmə ehtimalını artırır.

"Mançester Siti"dən ayrıldıqdan sonra "Barselona"ya təmənnasız transfer olunan 33 yaşlı ulduz bu mövsüm bütün yarışlarda 49 matçda meydana çıxıb. İlkay Gündoğan bu matçlarda 5 qol vurub, 13 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
baku.ws

1Mənbələr