AZ

ABŞ İsrailə 1 milyard dollarlıq yeni silah tədarükü üzərində işləyir

ABŞ prezidenti Co Bayden administrasiyası İsrailə dəyəri 1 milyard dollardan çox olan yeni silahların verilməsi təklifi üzərində işləyir.

Bu barədə İqtisadiyyat.az "The Wall Street Journal"a istinadən xəbər verir.

Məlumata görə, bura 700 milyon dollarlıq tank sursatları, 500 milyon dollarlıq taktiki hərbi maşınlar və 60 milyon dollarlıq minaatan mərmilər üçün potensial transfer daxildir.

Bayden mayın 8-də "CNN" telekanalına müsahibəsində bildirib ki, ABŞ Qəzza zolağının Rəfah şəhərində böyük hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracaq.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
iqtisadiyyat.az

1Mənbələr