AZ

Türkiyədə növbəti dövlət çevrilişi təhlükəsi - Ərdoğan güc qurumlarını topladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı xəbərdarlıq aldıqdan sonra kəşfiyyat və ədliyyə rəhbərləri ilə təcili toplantı keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, gözlənilən çevrilişlə bağlı Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ərdoğana xəbərdarlıq edib.

Qəzetin yazdığına görə, artıq Ankara Polis İdarəsindən olan polislərin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb. Daha əvvəl də cinayətkar təşkilatla əlaqədə olmaq ittihamı ilə Ankara Təhlükəsizlik Müdirliyində polis məmurları işdən çıxarılıb və saxlanılıb. Onların evlərində axtarış aparılıb. Baxçalı Ərdoğana bildirib ki, polislər tərəfindən hakimiyyətə qarşı sui-qəsd ola bilər və məsələ heç də bir neçə polisi işdən çıxarmaqla bitə bilməz. Ərdoğanın çərşənbə günü hakim partiyanın parlamentdəki toplantısında mövzu ilə bağlı çıxış edəcəyi gözlənilir.

"Hürriyet" qəzeti yazıb ki, Ankara Baş Prokurorluğu mümkün çevriliş cəhdini araşdırır. Qəzetin məlumatına görə, Cinayət Məcəlləsinin "Türkiyə Respublikası hökumətinə qarşı üsyan", "dövlət sirrlərini yaymaq", "məhkəmə məmuruna təsir etməyə cəhd, cinayət törətməyə cəhd" maddələri ilə iş açılıb. 

Xatırladaq ki, 2016-cı ilin iyulunda Türkiyədə artıq dövlət çevrilişinə cəhd olub. Həmin çevrilişə cəhd zamanı 248 nəfər öldürülüb, 2,7 mindən çox insan yaralanıb. Bundan sonra ölkədə 50 minə yaxın insan həbs edilib.

2018-ci ildə Ərdoğan ölkədə çevrilişlər dövrünün başa çatdığını elan edib. Türkiyə lideri qeyd edib ki, türk millətinin dincliyini pozmağa çalışanlar ölkə ordusu, polisi və təhlükəsizliyin keşikçiləri ilə qarşılaşmalı olacaqlar.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
qaynarinfo.az

1Mənbələr