AZ

Naxçıvanda dövlət qulluğu təlimləri

Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları üçün təlimlərə start verilib. 

Azərbaycan Respublikasının Döv­lət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ilk təlim Naxçıvan şəhərində təşkil olunub. Mərkəzi icra hakimiyyəti orqanları əməkdaşlarının iştitrakı ilə keçi­rilən təlimdə mərkəzin əməkdaşı Ülviyyə Bədəlova “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzularında çıxış edib, iştirakçıların su­allarını cavablandırıb. 

Sədərək, Kəngərli, Şərur rayonla­rında təlimçi Elnur Abbasov tərəfindən “Dövlət qullluğunda etik davranış qayda­ları və korrupsiya ilə mübarizə” və “Döv­lət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Şahbuz rayonunda isə təlimçi Pərviz Kazımov “Münaqişələrin idarə edilməsi”, “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında təlimlər aparıb. Rayonlarda keçirilən tə­limlərə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri cəlb olunub. Sonunda iştirakçıları maraqlandıran suallar cavab­landırılıb. 

Qeyd edək ki, Azərbaycan Respubli­kası Prezidentinin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq keçirilən təlimlər Naxçıvan Muxtar Respublikasında 5 gün davam edəcək.

Səbuhi HƏSƏNOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
xalqqazeti.az

1Mənbələr