AZ

“Mahzen-46” əməliyyatı: daha 3 mafiya çökəldilib - Liderləri və "şillə vuranları" qandallanıb

Türkiyədə başda Bursa olmaqla 13 şəhərdə 3 ayrı mütəşəkkil cinayətkar dəstələrə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildiirib ki, başda Bursadan başlayaraq, İstanbul, Konya, Van, Kocaeli, Nevşehir, Muğla, Samsun, Diyarbakır, Şanlıurfa, Balıkəsir, Tekirdağ və Muşda eyni anda keçirilən əməliyyatla 3 mafiya lideri və onların "şillə vuranları" qandallanıb: "Əməliyyatlar zamanı ölkədə fəaliyyət göstərən və əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi, zorakılıq, hədə-qorxu ilə, çirkli ppulların yuyulması və sair qanunssuzluqa məşğul olan Vedat Kıpçak və dəstəsinin 74 üzvü saxlanılıb. Onlardan 13 kilo metamfetam, 87 litr maye metamfetamin, 450 min narkotik həb, müxtəlif miqdarda kokain, 5 sənədsiz tapança və 7 dəqiq tərəzi ələ keçirilib.

Bu çete ilə yanaşı, Fırat Erdalın liderlik elədiyi mütəşəkkil cinayət təşkilatı da çökəldilib.  Fırat və dəstəsinin 22 üzvünün ev və iş yerlərində aparılan axtarışla  9,5 kiloqram metamfetamin, 3 sənədsiz silah götürülüb".

Nazir qeyd edib ki, Ersin Bulutun liderlk elədiyi dəstə də zərərsizlıəşdrilib: "Onun dəstəsinin 16 üzvündən 32 kq metamfetamin və digər narkotik maddələr aşkarlanaraq götürülüb...".

Firudin Səfərli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
mia.az

1Mənbələr