AZ

Milli QHT Forumunun X qurultayı

Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. Qurultayda Forumun Nizamnaməsinə dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə verilib. 

İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Tədbir­də köhnə tərkib tam heyətlə buraxılıb, 5 nəfərdən ibarət yeni İdarə Heyəti for­malaşıb. İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. Pərvanə Vəliyeva (“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru), Azər Al­lahverənov (“Avrasiya Miqrasiya Təşəb­büsləri Platforması” İB-nin sədri), Xatirə Vəliyeva (“Xankəndi” Məcburi Köçkün­lərə Dəstək İB-nin sədri), Zaur İbrahimli (“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri) İdarə Heyətinin üzvləri seçiliblər. 

Qurultayda çıxış edən Prezident Ad­ministrasiyasının QHT-lərlə iş və kommu­nikasiya şöbəsinin QHT-lərlə iş sektoru­nun müdiri Tural Əliyev yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar ar­zulayıb. O deyib: “Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahat­lar mərhələsinə qədəm qoyur, estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlər­dən, yetkin mədəniyyətdən xəbər verir. Nizamnaməsində aparılan sistem xarak­terli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik mode­linə keçməsinə işarədir. Qarşıdakı müd­dətdə bunun müsbət praktiki nəticələrini görəcəyimizə ümid edirik. 

Biz yeni İdarə Heyətini hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi stereotiplərin təmizlən­məsi işində yüksək fəallıq gözləyirik”. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
xalqqazeti.az

1Mənbələr