AZ

Son 7 ilin ən böyük günəş partlayışı olub

 

Dünən son 7 ilin ən böyük günəş partlayışı baş verib. 


Missiya.Az xəbər verir ki, bu barədə Amerika Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi məlumat yayıb.


Açıqlamada sözügedən partlayışın bütün dövrlərdə qeydə alınan 17-ci ən böyük günəş partlayışı olduğu bildirilib.


Partlayış nəticəsində yaranan geomaqnit qasırğası ilə əlaqədar peyk naviqasiya sistemlərində və radioqəbuledici tezliklərdə nasazlıqların ola biləcəyi qeyd olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
missiya.az

1Mənbələr