AZ

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs tutuldu - FOTO

Beyləqanda iribuynuzlu heyvanlar oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus iribuynuzlu heyvanların oğurlanması barədə məlumatlar daxil olub. Oğurluqda şübhəli bilinən rayon sakini Elnur Gülmalıyev keçirilən tədbirlərlə saxlanılıb. Onun zərərçəkənlərə 7 min manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Gülmalıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakini kanal kənarından tapdığı "RPQ" markalı qumbaraatanı polisə təhvil verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
22
unikal.az

10Mənbələr