AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 253 Bakı şəhəri, 13 may 2024-cü il

Azərbaycan Dlət Bədən Tərbiyə­si və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edil­məsi haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Dövlət Bədən Tərbiyə­si və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazir­liyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. “Azərbaycan İdman Akademiyası­nın Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Qərar qü­vvəyə mindiyi tarixdən 3 (üç) gün müd­dətində Azərbaycan İdman Akademiya­sının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
xalqqazeti.az

1Mənbələr