AZ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 251 Bakı şəhəri, 11 may 2024-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifi­katın Forması”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Preziden­tinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qul­luğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illər­də icrası üzrə Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I); Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2024-cü il 1 aprel tarixli 184 nömrəli Qərarı) ilə təs­diq edilmiş “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Serti­fikatın Forması”nın 4-cü hissəsindən “hə­min altqrupun aid olduğu qrup daxilində” sözləri çıxarılsın.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
xalqqazeti.az

1Mənbələr