AZ

“Real”dan böyük hesablı qələbə: Arda Gülər yenə fərqləndi – Video


İspaniya La Liqasının 36-cı turunda “Real Madrid” doğma meydanında “Alaves”lə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, görüş “Kral klubu”nun 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinə qələbə qazandıran qolları Bellinqhem, Vinisius Jr. (2), Fede Valverde və Arda Gülər ​​vurub.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Türkiyə millisinin 19 yaşlı ulduzu Arda Gülər ​​62-ci dəqiqədə oyuna daxil olub və 81-ci dəqiqədə həlledici qolu vurub.
Zədəsi səbəbindən uzun müddət formadan uzaq qalan Gülər La Liqada keçirdiyi 9 matçda dördüncü dəfə fərqlənməyi bacarıb.
Qeyd edək ki, La Liqada çempionluğu dəqiqləşdirən “Real Madrid” bu nəticə ilə xalını 93-ə yüksəldib. “Alaves” isə 42 xalda qalıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
yeniavaz.com

1Mənbələr