AZ

Gəncədə motosiklet divara çırpıldı - Sürücü sıxılı vəziyyətdə qaldı - VİDEO

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb. 

Qəza zamanı hərəkətdə olna motosikletin sürücüsünın idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi binanın divarına çırpılıb. 

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Şahbaz Cəlilov motosikletdə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Onlar motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. 

Faktla bağlı araşdırma aparılır.
 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
bizim.media

2Mənbələr