AZ

Putin Kiyevə sülh təklif etdi – Rus qoşunlarıının hücumları səngidi

“Rusiya münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə bağlı dialoqa açıqdır və danışıqlar onun maraqlarını nəzərə almalı və qlobal sabitliyin müzakirəsi ilə birlikdə getməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Çinin Sinxua agentliyinə müsahibəsində bildirib.

“Biz bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllini istəyirik. Biz Ukrayna üzrə dialoqa açığıq”, – deyən Rusiya lideri qeyd edib ki, bu, münaqişədə iştirak edən bütün ölkələrin, o cümlədən bizim maraqlarımızı nəzərə alan danışıqlar olmalıdır.

Putin vurğulayıb ki, qlobal sabitliyə etibarlı təminat olmalıdır.

Rusiya lideri Qərbdən verilən bu cür zəmanətlərin etibarlılığı ilə bağlı problemlər görür: “Əsas problem məhz istənilən zəmanətin etibarlılığıdır, çünki biz beynəlxalq əsaslara söykənməyən, dünya nizamına üstünlük verən dövlətlərlə işləyirik.

Putin qeyd edib ki, Rusiya Federasiyası danışıqlara hazırdır. O, 2022-ci ilin aprelində İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin Kiyevin tələblərini, o cümlədən Ukraynanın təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq gələcək sülh sazişinin layihəsini hazırladığını xatırladıb. Lakin Rusiya prezidentinin sözlərinə görə, Ukrayna tərəfi sülh sazişi imzalamaq əvəzinə gözlənilmədən danışıqların dayandırıldığını elan edib. Putin əmin edib ki, biz heç vaxt danışıqlardan imtina etməmişik.

Bu arada Xarkov vilayətinin sərhəd bölgələrində döyüşlər davam edir. Mayın 14-də Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində daha bir yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü və rus qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin yerləşdiyi ərazilərə doğru irəlilədiyini açıqlayıb. Ukrayna hakimiyyəti bu sahədə vəziyyətin ağır olduğunu etiraf edir.

Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında bildirilir ki, son 24 saat ərzində Xarkov vilayətinin şimalında Rusiyanın hücum əməliyyatlarının tempi aşağı düşüb. İnstitutun analitikləri qeyd edirlər ki, rus qoşunlarının hücum fəaliyyətinin xarakteri rusların prioritetinin Xarkov vilayətinə daha dərindən nüfuz etməkdənsə, sərhəd bölgəsində bufer zona yaratmaq fikrindədir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bir gün əvvəl bildirib ki, əlavə Ukrayna bölmələrinin yerləşdirilməsindən və onların müdafiə hərəkətlərinə başlamasından sonra Xarkov vilayətində vəziyyət sabitləşməyə başlayıb.

Hər iki tərəfin mənbələri həmçinin bildiriblər ki, rus qoşunları yeni taktikadan istifadə edir – Ukrayna mövqelərinə sızmaq üçün kiçik hücum qruplarından (beş nəfərdən çox olmayan) istifadə edir, bundan sonra onlar digər kiçik qruplarla birləşərək daha böyük zərbə qrupları yaradırlar. Bununla belə, ISW-ə görə, kiçik hücum qruplarından istifadə böyük itkilərə səbəb ola bilər və hücumun ümumi sürətini ləngidə bilər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Bargileviç qeyd edib ki, təkcə son 24 saat ərzində Rusiya qoşunları bu istiqamətdə 1740-a qədər əsgər itirib.

ISW qeyd edir ki, təxmin edilən tələfat nisbəti mayın 14-də müşahidə edilən hücum əməliyyatlarında ümumi yavaşlama ilə uyğun ola bilər. Mütəxəssislərin fikrincə, hücumun tempi nisbətən aşağı qalsa, Rusiya qüvvələri çox güman ki, bölgədə irəliləməkdənsə, yeni mövqelərin təmin edilməsinə və sərhəd bölgəsində bufer zonanın yaradılmasına diqqət yetirəcək.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
konkret.az

1Mənbələr