AZ

“Meqa Sığorta” vakansiya - ELAN EDİR

“Meqa Sığorta” ASC Korporativ satış şöbəsinə yeni komanda üzvlərini dəvət edir. 

Vakansiya: Korporativ satış üzrə Baş mütəxəssis 

-         Namizədlərə olan tələblər:

-         Təhsil: Ali.

-         Şəxsi keyfiyyətlər:  Müştərilərlə rahat ünsiyyət qurma,   yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, dəqiqlik, məsuliyyət,  məqsədyönümlük.

-         İş təcrübəsi: Sığorta sektorunda satış sahəsində minimum 3 il.

-         Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzu olunandır. 

Əsas vəzifə öhdəlikləri

-         Potensial müştəriləriləri müəyyən etmək və onlarla görüşlər təşkil etmək.

-         Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək.

-         Könüllü sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək. 

Əmək şəraitinin şərtləri:

-         Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir. 

-         İş qrafiki: I-IV günlər 09:00-18:00, cümə günü 09:00-17:00-dək. İstirahət günləri: şənbə və bazar günləri, dövlət bayramları və dövlət üzrə elan olunan qeyri iş günləri.  

-         Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.   

-         Tibbi sığorta təminatı.

-         Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.  

-         Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı. 

Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi  [email protected]  e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
fed.az

3Mənbələr