AZ

Ulduz futbolçular həyat yoldaşlarını dəyiş-düyüş etdilər

"Real"ın futbolçusu Eder Militao və "Flamenqo"nun müdafiəçisi Leonardo Pereyra sevgililərini dəyişmək qərarına gəliblər.

Publika.az xəbər verir ki, Militao ötən il qızı Sesiliyanı dünyaya gətirən Karolina Lima ilə ayrılıb. İndi Lima xoşbəxtliyini yuxarıda adı çəkilən Braziliya klubunun ulduzu ilə tapıb. Cütlük münasibətini göstərməkdən çəkinmir.

Bu arada Militao ruhdan düşmür. Madrid klubunun mərkəz müdafiəçisi Pereyranın keçmiş həyat yoldaşı Taina Kastro ilə münasibət qurub. "Kral Klubunun" futbolçusu sosial şəbəkələrdə onunla keçirdiyi vaxtdan görüntülər paylaşıb və "Mənim ideal cütlüyüm" sözlərini yazıb.

Taina və Pereyranın keçən ilin iyulunda boşandığı bildirilir. Lakin oyunçu bunu yalnız oktyabrda açıqladı. Keçmiş cütlüyün iki övladı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
publika.az

3Mənbələr