AZ

OpenAI həmtəsisçisi şirkəti tərk edəcək

ChatGPT chatbotunu hazırlayan OpenAI şirkətinin elmi direktoru və təsisçilərindən biri İlya Sutskever təşkilatdan istefa verdiyini açıqlayıb.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Təxminən on ildən sonra mən OpenAI-dən ayrılmaq qərarına gəldim”, – bəyanatda deyilir. Sutskever tezliklə yeni işi ilə bağlı əlavə təfərrüatları təqdim edəcəyinə söz verib.

OpenAI-nin qurucusu Sam Altman da sosial mediada təsdiqləyib ki, Yakub Paczocki şirkətin baş elmi işçisi kimi Sutzkeverin yerini tutacaq.

OpenAI, 2022-ci ilin noyabr ayının sonunda istifadəyə verildikdən dərhal sonra populyarlaşan və bir həftədən az müddətdə ilk milyon istifadəçisini cəlb edən ChatGPT chatbotunu yaratmaqla məşhurlaşdı. 2015-ci ildə OpenAI-nin həmtəsisçilərindən biri amerikalı milyarder İlon Mask olub və sonradan şirkətlə əlaqələri kəsib.

Mənbə: Autotech

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
dogru.az

2Mənbələr