AZ

Piyadaları vuraraq qaçan şəxsin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən C.Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Rəhimovun sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxsinin hüquqi varisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 2 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Onun cəzası 4 il 10 ay 2 günə endirilib. 

 

İttihama görə, hadisə 05 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsində qeydə alınıb.

 

Belə ki, C.Əliyev idarə etdiyi “Opel Astra” markalı avtomobillə sözügedən qəsəbənin Samir Əliyev küçəsi ilə Hava Limanı istiqamətinə 40-50 km/saat sürətlə hərəkətdə olarkən yolu soldan sağa keçən piyadalar zərərçəkmişləri vurub. Hadisədən sonra piyadalardan biri İ.Mahmudov ölüb, sürücü isə müvafiq orqanlara xəbər vermədən yol nəqliyyat hadisəsi yerindən qaçıb.

 

Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 15 May 2024, 09:05   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
pravda.az

1Mənbələr