AZ

Bakıda 2 nəfərin ölümünə səbəb olan sürücü ilə bağlı qərar dəyişdirildi

Bakı Apellyasiya Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əhliman Qasımovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 8 il müddətinə azadlıqdan məhrumetmə və 500 manat məbləğində cərimə cəzası hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 500 manat məbləğində cərimə cəzasının hazırkı hökmlə təyin olunan azadlıqdan məhrumetmə cəzasına tam birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilib. Belə ki, Əhliman Qasımov 500 manat məbləğində cərimə cəzasının müstəqil icra olunmasına dair göstəriş və müddəalar hökmdən xaric olunub. Təqsirləndirilən şəxs üzərində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

 

Qeyd: Hadisə 2023-cü ilin aprelində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində qeydə alınıb. Belə ki, Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman" markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan” markalı avtomobili toqquşub. Nəticədə “Nissan”da olan sərnişinlər - 1963-cü il təvəllüdlü Kərimova Pərvanə Xanlar qızı və 1960-cı il təvəllüdlü Xələfova Təranə Xanlar qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, digər sərnişin, 2019-cu il təvəllüdlü Məhərrəmli Vaqif Famil oğlu isə alın nahiyəsinin travması xəsarəti alıb. 

 

Əhliman Qasımova qarşı 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

 

Tarix: 15 May 2024, 09:02   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
pravda.az

1Mənbələr