AZ

Bu ərazidə çirkab sular dənizə axıdılır: "40 ildir bu iy var" - VİDEO

Bu ərazidə çirkab sular dənizə axıdılır: "40 ildir bu iy var" - VİDEO

Artıq bir neçə ildir bahar fəslində təbiət sanki insanları sınağa çəkir. Bir qəsəbə var ki, deyilənlərə görə 40 ildir Bahar gəlmir. Xəzərə axıdılan tullantı sularına laqeyd qala bilməyən Bahar qəsəbəsinin sakinləri problem həll olsun deyirlər.

Axan suyun tərkibi bilinməsə də, görüntü hər şeyi izah edir. Rənginə baxdıqda isə birbaşa xəstəlik mənbəyi olduğu görünür. Ən dəhşətlisi isə bu üfunət qoxulu suyun dənizə axıdılmasıdır. Suraxanı rayonu Hövsan şossesi, Bahar qəsəbəsinə gedən yolun Xəzərə yaxın hissəsində qarşıya çıxan mənzərə deyilənə görə illərdir müşahidə olunur:

"Bu iyə görə yol ilə getmək olmur. 40 ildir bu iy var. Üfunət iyi gəlir. Burada oturmaq olmur. Kanalizasiyanın iyi artıq evə keçir".

Axının mənbəyi tapılmasa da axıntının uzaqdan gəldiyi isə aydın görünür. Çirkab sular bəzi yerlərdə açıq, bəzi yerlərdə isə borular ilə ötürülür. Bəs aidiyyəti qurumlar bu vəziyyət ilə niyə maraqlanmır?

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
sonxeber.az

1Mənbələr