AZ

Zelenski İspaniyaya səfərini ləğv edib

Ukrayna prezidenti Vladimir Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib.

Bu barədə EFE agentliyi Kral Evindəki mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, bu, Zelenskinin İspaniyaya ilk səfəri olmalı idi, səfər zamanı hökumət başçısı Pedro Sançeslə görüş keçirilməli və təhlükəsizlik sazişləri imzalanmalı idi. Bundan əlavə, Ukrayna lideri Portuqaliyaya səfər etməli idi.

Jurnalistlər səfərin təxirə salınmasının səbəbinin açıqlanmadığını, diplomatik mənbələr isə səfərin ləğvinin cəbhədəki ağır vəziyyətlə bağlı olduğunu qeyd ediblər.

Hökumət rəsmiləri Ukrayna prezidentinin hər hansı səfərinin risklər yaratdığı üçün təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək şərh verməkdən imtina ediblər.

Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
197
1
dogru.az

2Mənbələr