AZ

TBİLİSİDƏ YOLLAR BLOKLANDI, ETİRAZLAR PİK HƏDDƏ ÇATDI

Dünən axşam saatlarında Tbilisidə "Xarici təsirin şəffaflığı haqqında" qanununa etiraz edən nümayişçilər paytaxtın mərkəzi nəqliyyat qovşağını faktiki olaraq bloklayıb... 

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, parlament binasının qarşısından yürüş edən etirazçılar Qəhrəmanlar meydanına gələrək ərazidəki körpü və yollarda avtomobillərin hərəkətini məhdudlaşdırıblar. Nəticədə şəhərin bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti iflic hala düşüb.

Xatırladaq ki, dünınki kütləvi etiraz aksiyalarında avropalı rəsmilər də iştirak ediblər...

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
tezadlar.az

1Mənbələr