AZ

Azərbaycanda 22 yaşlı tələbə vəhşicəsinə öldürüldü - Hadisə yerindən ŞOK GÖRÜNTÜLƏR - VİDEO

“İşdən gəlib görmüşəm ki, meyit çıxarırlar”.

Bu sözləri Lənkəranda meyiti tapılan mərhum qadının qonşusu Mərhəmət Ağayev deyib.

O bildirib ki, bu yolu sadəcə işə geliş-gəliş üçün istifadə edib və meyitin zirzəmidən çıxarıldığını görüb.

Qeyd edək ki, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.O, Cəlilabadda kollecdə təhsil alırmış.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşmüşdü.

Daha ətraflı Baku TV-nin süjetində:

14.05.2024, 21:18

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüat məlum olub.

APA-nın məlumatına görə, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.

Nənəsinin verdiyi məlumata görə, o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gedib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırma davam etdirilir.

19:24

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
7
kanal.az

10Mənbələr