AZ

Mirzov mövsümün bitməsini gözləyir: “Ondan sonra vəziyyətə baxacağıq”

“Neftçi”nin futbolçusu Reziuan Mirzovun müqavilə müddəti başa çatmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, rusiyalı yarımmüdafiəçinin yayda azad agent kimi ölkəsinə dönməsi gözlənilir.

Məsələyə 31 yaşlı hücumameyilli oyunçunun meneceri Aleksandr Klyuev aydınlıq gətirib. Rusiyalı agent “Match TV”yə açıqlamasında Premyer Liqanın son iki turunun ardından buna baxacaqlarını bildirib: “Mirzovun “Neftçi” ilə müqavilə müddəti başa çatır. Qarşıda Azərbaycan çempionatının son oyunları olacaq. Ondan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur”.

Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə ötən ilin yayında “Ximki”dən keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
futbolinfo.az

1Mənbələr