AZ

Rusiya və Ukrayna xalqları qardaşdır - Qaluzin

Rusiya və Ukrayna xalqları arasında münasibətlər gec-tez bərpa olunacaq, Qərbin bu istiqamətdəki planları iflasa uğrayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Gec-tez Rusiya və Ukrayna xalqları arasında münasibətlər bərpa olunacaq. Bu, bir qədər vaxt apara bilər, amma insanlar ortaq dil tapa biləcəklər.

Vaşinqton və Londonda çoxdandır ki, bizim ölkələrin xalqları arasında nifaq yaratmaq arzusunda idilər. Anqlosakslar bizim birliyimizdən həmişə qorxublar və uzun müddətdir ki, bizi bir-birimizə qarşı qoymağa, qanda boğmağa çalışırlar.

XX əsrin əvvəllərində vətəndaş müharibəsi zamanı belə olub və bu gün də buna bənzər bir şey baş verir. Lakin Qərb çoxəsrlik birliyimizi məhv etməyə nə qədər çalışsa da, buna nail ola bilməyəcək”, - deyə diplomat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
4
axar.az

5Mənbələr