AZ

Gəncədə motosiklet divara çırpıldı: Sərxoş sürücü...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər verir.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1998-ci il təvəllüdlü Şahbaz Cəlilovun idarə etdiyi motosiklet binanın divarına çırpılıb və sərxoş halda olan sürücü motosikletdə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər motosikletdə sıxılı vəziyyətdə qalan sürücünü xüsusi vasitələrlə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
17
bakivaxti.az

10Mənbələr