AZ

Minifutbol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan çempionatında 2023/24 mövsümününqalibləri mükafatlandırılıb.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, əvvəlcə xüsusi nominasiyalar üzrə fərqlənənlərəmükafatlar təqdim olunub.

Çempionatın ən yaxşı qapıçısı Vəli Qafanov ("Birbaşa Bakı")seçilib. Mükafatı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov təqdimedib.

Çempionatın ən sərrast futbolçusu mükafatına "Zirə"ninfutbolçusu Rəvan Kərimov layiq görülüb. Mükafatı AFFA-nın icraçıvitse-prezidenti Sərxan Hacıyev verib.

Turnirin ən yaxşı futbolçusu nominasiyasında isə çempionkomandanın futbolçusu Təmkin Xəlilzadə fərqlənib. Qalibə mükafatıAzərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovtəqdim edib.

Daha sonra medalların sahibləri mükafatladırlıblar. Bürüncmedalın sahibi "Real Bakı"ya mükafatları veteran futbolçular VaqifCavadov, İlqar Qurbanov və Gənclər və İdman Nazirliyinin İdmanşöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Gümüş mükafatçı "Aznur"a medalları AFFA-nın icraçıvitse-prezidenti Sərxan Hacıyev və "Zirə"nin baş məşqçisi RəşadSadıqov verib.

Qızıl medalın sahibi "Birbaşa Bakı"nı isə AMF-nın prezidentiOrxan Məmmədov və qurumun vitse-prezidenti Taleh Nəsibov təltifedib.

Qeyd edək ki, qalib komandalar yeni mövsümdə müxtəlifturnirlərdə ölkəmizi təmsil edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
40
az.trend.az

10Mənbələr