AZ

"160-a qədər nümayişçi saxlanılıb- bir nəfər də polis ittiham olunmayıb...-OMBUDSMAN

"Polisə xatırladılır ki, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar ağır cinayətdir. Belə cinayət işlərinin iddia müddəti yoxdur..."
 
Gürcüstanda xarici agentlər haqqında qanuna etirazların keçirildiyi bir ay ərzində 160-a qədər nümayişçi saxlanılıb və bir nəfər də polis məmuru zorakılıqda ittiham olunmayıb.
 
Moderator.az "Newsgeorgia" nəşrinə istinadla xəbər verir ki,  bu barədə Gürcüstanın Xalq Müdafiəçisinin(Ombudsman) bəyanatında bəhs edilir.
 
“Cinayət işləri üzrə 6 nəfərin, ümumilikdə isə 150-dən çox vətəndaşın inzibati qaydada tutulması fonunda bircə nəfər də olsun polis əməkdaşının, o cümlədən üzünü gizlətməyənlərin və identifikasiya o qədər də çətin olmayanların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi gündəmə gəlməyib”, - məlumatda belə deyilir.
 
Ombudsman Aparatı hesab edir ki, mövcud vəziyyət “cəzasızlıq hissini təşviq edir”.
 
Xalq Müdafiəçisi Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarını qanun çərçivəsində hərəkət etməyə, yalnız mütənasib güc tətbiq etməyə və vətəndaşlarla qəddar rəftar etməməyə çağırır.
 
Polisə xatırladılır ki, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar ağır cinayətdir. Belə cinayət işlərinin iddia müddəti yoxdur.
 
Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini üçüncü yekun oxunuşda qəbul edib. Hakim “Gürcü arzusu” apreldə parlamentə təqdim edib. O vaxtdan bəri ölkədə etirazlar səngimir.
 
Tbilisidə etiraz aksiyaları mütəmadi olaraq sərt həbslərlə müşayiət olunur. Hüquq müdafiəçiləri bildirirlər ki, döyülərək saxlanılan şəxslər çox vaxt başqa şəhərlərdəki təcridxanalara köçürülür. Axtarış bir neçə gün çəkir. Elə hallar da olur ki, həbs olunanlar dərhal xəstəxanalara aparılmalı olur.
 
Xüsusi İstintaq Xidməti bildirir ki, o, təhlükəsizlik qüvvələri tərəfindən “cinayət faktlarını ehtiva edən bütün hesabatların hərtərəfli təhqiqatı” aparılır. İdarə şahid və şikayətçiləri dindirir, iştirak edənlərin şəxsiyyətini müəyyənləşdirir, hadisə yerinə baxış keçirir, sənədləri tələb edir, məhkəmə-tibbi və digər müvafiq ekspertizalar aparır, özəl və dövlət qurumlarından video-görüntülər götürərək ətraflı öyrənir.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
moderator.az

1Mənbələr