AZ

Bu ölkədə tənha ölən yaşlı insanların sayı artır

Son 3 ayda Yaponiyada 22 minə yaxın insan evdə tək vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, hazırda evdə tənha ölən insanlarla yanaşı, həmçinin özünütəcrid və özünə laqeydlik səbəbindən ölən insanların da sayı artıb.

Ekspertlərin fikrincə, buna səbəb yaddaş və psixi sağlamlıq problemləridir. Onlara görə, hökumət hətta yaşlı insanlar qayğıdan imtina etdikdə belə, dəstək vermək üçün yollar tapmalıdır. Bu məqsədlə ötən il Yaponiya hökuməti lazımi cavab tədbirləri hazırlamaq üçün tənha ölümləri araşdırmaq məqsədilə ekspert qrupu yaradıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
qafqazinfo.az

1Mənbələr