AZ

Avstraliya xarici tələbələrin universitetlərə qəbulunda məhdudiyyətlər tətbiq edəcək

Avstraliya

Bakı, 15 may, AZƏRTAC

Avstraliya hökuməti gələn ilin əvvəlindən ölkənin universitetlərinə və peşə məktəblərinə daxil olan xarici tələbələrin sayını məhdudlaşdırmaq niyyətindədir.

AZƏRTAC Avstraliya Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ali məktəblərə qəbul üçün icazə verilən əcnəbi tələbələrin sayı açıqlanmır. Daha çox tələbə qəbul etmək istəyən universitetlər bunun üçün yataqxanalar tikməli olacaqlar.

Məhdudiyyətlər magistratura və doktorantura, dil kursları, elmi dərəcə verməyən kurslar və digər qısamüddətli kurslara şamil olunmur.

Ölkənin daxili işlər naziri Kler O'Nilin sözlərinə görə, bu strategiya ölkədəki miqrantların sayını normallaşdıracaq.

Hökumətin miqrasiyanı azaltmaq üçün məqsədyönlü islahatları artıq öz bəhrəsini verib və bu addım mühacirlərin sayının azaldılmasına bir az da kömək edəcək.

Qərar 2022-2023-cü illərdə ölkədə miqrasiya səviyyəsi 510 min nəfərlik rekord göstəriciyə çatdıqdan sonra qəbul edilib. Rəsmi məlumatlara əsasən, 2024-2025 və 2025-2026-cı illərdə onların sayının təxminən 250 minə enəcəyi proqnozlaşdırılır ki, bu da pandemiyadan əvvəlki rəqəmə bərabərdir.

Avstraliya, mənzil bazarına təsir göstərən artan miqrasiya şəraitində əcnəbi tələbələr üçün qaydaları daima sərtləşdirir. Hökumət ingilis dili biliklərinə dair tələbləri artırıb və xaricdə təhsil vizalarının istifadəsinin təmin edilməsi məqsədilə “The Genuine Student Test” adlı yeni test sistemi tətbiq edib.

Avstraliya - xaricdə təhsil almaq üçün dünyanın ən populyar ölkələrindən biri sayılır və bu, 2023-cü ildə ölkə iqtisadiyyatına 47,8 milyard dollar qazandırıb. Ötən ilin oktyabr ayına olan məlumata görə, ölkədə 768 minə yaxın əcnəbi tələbə təhsil alıb. Onların çoxu Çin, Hindistan və Nepaldan gələnlərdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
2
azertag.az

3Mənbələr