AZ

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub

Bakının Nəsimi rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1995-ci il təvəllüdlü Sadıqov Vahid Zahid oğlunun idarə etdiyi motosiklet “Toyota Prius” markalı avtomobillə toqquşub.

Xəsarət alan V.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
19
report.az

10Mənbələr