AZ

Avropada terror hücumları riskləri artır

Avropada

Berlin, 15 may, AZƏRTAC

Bir sıra Avropa dövlətlərinin kəşfiyyat xidmətləri Köhnə Dünyanın əhalinin sıx məskunlaşdığı şəhərlərində terror aktlarının baş verməsi ehtimalı barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin güc strukturlarındakı mənbələri bu cür aktların başvermə riskinin artdığını bildiriblər. Almaniyaya qaçqın adı altında gələn İŞİD tərəfdaşlarının ölkədə vəhşiliklər törədə biləcəkləri barədə məlumatlar var. Şengen zonasında sərhədlərin şəffaflığını nəzərə alaraq, hücumlar qonşu ölkələrdə də baş verə bilər.

“Artıq bir neçə aydır ki, bütün Avropada hərbi hazırlıq vəziyyəti hökm sürür. Təkcə Almaniyada terrorçular artıq üç dəfədir ki, dəhşətli qanlı qırğın törətməyə çalışdılar, son dəfə Köln katedralində baş verib. Lakin kəşfiyyat xidmətlərinin qabaqlayıcı tədbirləri bu qruplara planlarını həyata keçirməyə imkan vermədi”, - deyə məlumatda deyilir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
334
42
azertag.az

10Mənbələr