AZ

Rusiya və Belarus arasında rouminq ləğv ediləcək

...Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev bildirib ki, Rusiya Federasiyasının Rəqəmsal İnkişaf Nazirliyi Rusiya ilə Belarus Respublikası arasında rouminqi (xidmət zonasından kənarda abunəçiyə xidmət göstərilməsi qaydası-A.B.) ləğv etməyə hazırlaşır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vedomosti”yazıb.

Şadayevin fikrincə, Rusiya abunəçiləri Belarus ərazisi ilə Rusiya ərazisi arasındakı fərqi hiss etməməlidirlər. Eyni zamanda, Şadayev vurğulayıb ki, Rəqəmsal İnkişaf Nazirliyi artıq rouminqin qiymətini 10 dəfə aşağı salıb, lakin bu, kifayət deyil.

Belarus və Rusiya operatorları maliyyə itkiləri ilə üzləşirlər. Amma Rəqəmsal İnkişaf Nazirliyi şirkətlərə təzyiq etmək niyyətindədir, çünkibu mövzuda prezidentin müvafiq sərəncamı olub.

Bundan əvvəl Maksut Şadayev bildirmişdi ki, Rəqəmsal İnkişaf Nazirliyi Rusiyada spam zəngləri qadağan etmək niyyətindədir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
sia.az

1Mənbələr