AZ

Avropa İttifaqı miqrantlarla bağlı qanunvericiliyi sərtləşdirib...

...Avropa İttifaqı miqrasiya və qaçqınların qəbulu sahəsində “tarixi islahatlar” həyata keçirmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa Şurasının press-relizində deyilir.

Avropa rəsmilərinin fikrincə, miqrasiya qanunvericiliyinin tənzimlənməsinə dair yeni pakt sistemi tarazlaşdıraraq onu “daha ​​ədalətli və etibarlı” edəcək.

Bundan əlavə, ümumavropa təşəbbüsü milli səviyyədə miqrantlarla bağlı vəziyyətə müsbət təsir göstərəcək.

Belçikanın Avropa BirliyiŞurasına sədrliyinin Sığınacaq və Miqrasiya üzrə Dövlət Katibi Nikol de Moor bildirib ki, Brüssel “qanunsuz miqrasiyanın əsas səbəblərini həll etmək” üçün “üçüncü ölkələrlə” yaxından işləməyə davam edəcək.

Avropa İttifaqı əmindir ki, pakt miqrantlar və Avropa hökumətləri üçün daha aydın qaydalar müəyyən edəcək.

Eyni zamanda, Avropa Komissiyası ölkələrə miqrasiya axınlarına nəzarət sistemini tətbiq etməkdə fəal kömək etmək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
sia.az

1Mənbələr