AZ

İsveç də Ukraynaya qoşun göndərə bilər, lakin bir nüans var...

...İsveç hazırda Ukraynaya hərbi personal göndərmək fikrində deyil, lakin NATO üzvü olan ölkələr bu məsələdə razılığa gələrsə, bu halda Stokholm da bunu nəzərdən keçirə bilər. SİA-nın əldə etdiyi məlumata görə, “Breaking Defence” yazır ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson jurnalistlərə bildirib.

O, NATO müttəfiqlərindən təklif alınacağı təqdirdə belə bir ehtimalın nəzərdən keçirilməsini açıq şəkildə bildirib.

...Mən başa düşdüyümə görə, bu ilin əvvəlində Paris sammitində görüşən ölkələr arasında ortaq mövqe olmayıbvə indi konkret təklif ortaya çıxsa, biz onu nəzərdən keçirə bilərik.

İsveçli nazir qeyd edib bunu.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir müddət əvvəl demişdi ki, Ukraynaya hərbi kontingentin göndərilməsini istisna etmək olmaz.

O, bu yaxınlarda bildirib ki, ruslar cəbhəni yarıb Ukrayna kömək istəsə, bu məsələyə baxılmalı olacaq.

Qeyd edək ki, Litva öz əsgərlərini təlim missiyasına göndərməyə hazır olduğunu bildirsə də, belə bir müraciət almadığını deyir.

...Kanada da oxşar bəyanatla çıxış edib.

Hollandiya və Finlandiya da Ukraynaya qoşun göndərməyi istisna etmir, lakin Helsinki...indi buna ehtiyac görmür.

Media Estoniyanın Ukraynanın qərbinə “arxa” tapşırıqları yerinə yetirə biləcək qoşunların göndərilməsi imkanını müzakirə etdiyini bildirib.

Amma hələ ki, ABŞ, Böyük Britaniya, Polşa, İspaniya, İtaliya və Almaniya belə bir ideyanı qəti şəkildə rədd edirlər.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sia.az

1Mənbələr