AZ

Həkim yuxunu yaxşılaşdıran qidaları açıqladı


“Bəzi məhsullarda sinir sistemini sakitləşdirən, melatonin istehsalını təşviq edən və yuxunu yaxşılaşdıran maddələr var”.
Yeniavaz.com xəbər verir ki, bunu fizioloq Aleksandr Sozıkin “İzvestiya”ya danışıb.
“Bu məhsullar arasında albalı və ya albalı suyu, süd məhsulları (süd, kefir, qatıq) var. Onlar yatmazdan iki saat əvvəl istehlak edilməlidir. Süd məhsullarının tərkibində ürək əzələsinin işləməsi və sinir impulslarının keçirilməsi üçün lazım olan kalsium da var”, - həkim qeyd edib.
O əlavə edib ki, pomidor, balqabaq və balıq yemək də yuxunun keyfiyyətinə müsbət təsir edir:
“Yuxunun keyfiyyətinə təkcə rasion yox, həm də rejim təsir edir. Yatmadan iki-üç saat əvvəl axşam yeməyi yemək yaxşıdır. Eyni zamanda aclıq hissi ilə yatmaq arzuolunmazdır. Karbohidrat aclığı ilə qarşılaşdıqda, neyronlar təcili olaraq “yanacaq” ehtiyacları barədə siqnallar göndərirlər və neyroendokrin hüceyrələr melatoninin sintezini dayandıraraq cavab verir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
1
yeniavaz.com

2Mənbələr