AZ

Roma Sapienza Universitetinin tələbələri Fələstinə yürüş ediblər

İtaliyanın paytaxtı Romadakı Sapienza Universitetinin tələbələri Fələstinə dəstək və həmrəylik nümayiş etdirmək və universitet rəhbərliyindən İsraillə əməkdaşlığa son qoymasını xahiş etmək üçün şəhərcikdə yürüş təşkil ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yürüşdə iştirak edən yüzlərlə tələbə tez-tez "Fələstini azad edin", "Qəzzəyə azadlıq", "Qatil İsrail", "Sionist İsrail, terror dövləti" və "Universitet xaricində müharibə" kimi şüarlar səsləndirib. Həmçinin baş nazir Giorgia Meloni və israilli həmkarı Benyamin Netanyahunun əl sıxarkən şəkli olan qırmızı əl çaplı pankart daşıyıb.

Yürüş zamanı bir qrup nümayişçi rektorluq binasının qarşısından keçərkən çətirlərlə gizlənib, boya və məşəlləri qapılara doğru atıblar. Bəzi nümayişçilər də əllərini qırmızı boyaya batıraraq rektorluq binasının divarlarına möhür vurublar.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
operativmm.az

1Mənbələr