AZ

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə yenilik varVİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə yeni qeyri-pedaqoji ixtisaslar əlavə olunub. 

Xezerxeber.az-ın məlumatına görə, "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Muxtar Hacıyev bildirib ki, qeyri-pedoqoji ixtisasların sayı 54-ə çatdırılıb.

Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcək. Yeniliyin əsas səbəblərindən biri isə məktəblərin müəllimlə təminatını yaxşılaşdırmaqdır. Sənədlərin elektron qayadada qəbulu isə sabahdan etibarən başlayacaq.Qurum rəsmisi əlavə edib ki, qeyri-pedaqoji ixtisaslı şəxslərin müsabiqəyə qatılması bəzi məktəblərdə müəllim çatışmazlığını aradan qaldıra bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
xezerxeber.az

1Mənbələr