AZ

Son 30 ildə istidən ölənlərin sayı açıqlandı

Monaş Universitetinin avstraliyalı alimləri 1990-2019-cu illər arasında hər il nə qədər insanın qlobal istilərin qurbanı olduğunu müəyyən ediblər.

"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri PLOS Medicine (PLOS Med) elmi jurnalında dərc olunub.

Komanda 43 ölkədə 750 ərazidən gündəlik ölüm və temperatur məlumatlarını özündə əks etdirən Beynəlxalq Əməkdaşlıq Şəbəkəsinin (MCC) məlumatlarından istifadə edib.

Təhlil göstərib ki, son 30 ildə yüksək temperatur hər il orta hesabla 153 078 nəfərin vaxtından əvvəl ölümünə və ya Yer kürəsinin bütün əhalisinin illik itkisinin 1%-nə səbəb olub. Bu rəqəmin demək olar ki, yarısı (48%) Asiya ölkələrində baş verib.

Bununla yanaşı, Avropa əhalinin sayına uyğunlaşdırılmış istilik qurbanlarının sayına görə liderlik edir - hər 10 milyon əhaliyə 655 ölüm.

Hesabat müəlliflərinin fikrincə, bütün dünya hökumətləri üçün isti dalğalarının insanların sağlamlığına qeyri-bərabər təsirini aradan qaldırmaq vacibdir. Bunun üçün hakimiyyət orqanları gözlənilən istilərlə bağlı erkən xəbərdarlıq sistemlərini tətbiq etməli, şəhərlərdə daha çox ağac əkməli və istinin sağlamlıq və həyat üçün təhlükələri barədə vətəndaşları maarifləndirməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
50
unikal.az

10Mənbələr