Fransanın Renn və Montruj şəhərlərində Fələstinə dəstək aksiyası zamanı 5 tələbə saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Fələstinə dəstək verən tələbələr dünən və bu gün səhər Rennes Universitetinin Beaulieu Kampusunda çadırlar quraraq etiraz ediblər.
Polis kampusa gələrək digər tələbələrə vərəqələr paylayan fələstinli tərəfdarları sıxışdırıb. Yağış yağarkən polis tələbələrin əşyalarını atıb, çadırları söküb və etirazçıların dağılışmasını istəyib.