AZ

Moskva vilayətində hərbi texnika istehsal edən zavodda GÜCLÜ YANĞIN

Moskva vilayətində hərbi texnika istehsal edən “Proqres” metallurgiya zavodunda elektrik yarımstansiyası yandırılıb.

32gun.az bildirir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb .

"Yanğın 50 kvadratmetr sahədə baş verib", - deyə məlumatda qeyd edilib.

Hazırda yanğın söndürülüb.

Mənbənin məlumatına görə, yanğından bir gün əvvəl müəssisəyə bir nəfər gəlib, hamını məhv etməklə hədələyib. Aydın olur ki, bir gün əvvəl naməlum şəxs keçid məntəqəsinə gələrək zavod işçilərini zorakılıqla hədələməyə başlayıb. Mühafizəçilər dərhal panik düyməsini bassalar da, əməliyyatçılar gələnə qədər kişi qaça bilib.

Materialda qeyd edilir ki, şirkət digər işlərlə yanaşı, təhlükəsizlik sistemləri, siqnalizasiya sistemləri və xüsusi rabitə avadanlıqları hazırlayır.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
32gun.az

1Mənbələr