AZ

Vladimir Putin Rusiya hökumətinin yeni tərkibini təsdiqləyib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin yeni nazirlərin və baş nazirinmüavinlərinin təyin edib.

Trend-in məlumatına görə, bununla bağlı Rusiya prezidentifərmanlar imzalayıb.

Bildirilib ki, ilk dəfədir ki, Rusiya hökuməti 2020-ci ildəqəbul edilmiş konstitusiya dəyişikliyində nəzərdə tutulan yeniprosedura əsasən formalaşıb.

İlkin olaraq, bütün namizədlər parlamentdə təsdiq olunub. Eynizamanda, namizədlərin Dövlət Duması və ya Federasiya Şurasıtərəfindən təsdiqindən sonra V.Putin onları vəzifələrə təyinetməkdən imtina edə bilməz. Baş nazirdən başqa, hökumətin tərkibinə10 baş nazirin müavini və 21 nazir daxil olub. Beş nazir birbaşaprezidentin rəhbərliyi altında çalışır: bunlar Daxili İşlər, Xariciİşlər, Müdafiə, Fövqəladə Hallar və Ədliyyə nazirliklərininrəhbərləridir. Qalan nazirlər baş nazirə hesabat verirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
1
az.trend.az

2Mənbələr