AZ

Sağlamlıq üçün nə qədər dayanmaq, oturmaq və yatmaq lazımdır?

Sağlamlığın nə olduğu haqqında ümumi fikirlər var: ayaqda durmaq oturmaqdan yaxşıdır, idman ümumi sağlamlıq üçün yaxşıdır və yaxşı yuxu vacibdir. Bununla belə, əgər axşam idmanı yuxunu poza bilərsə və ya sağalmaq üçün daha oturaq həyat tərzi keçirməyə məcbur edə bilərsə, əsas sual yaranır: sağlamlığımızı optimallaşdırmaq üçün 24 saatı ən yaxşı şəkildə necə tarazlaya bilərik?

SİA-nın əldə etdiyi məlumata görə, alimlər dəqiq cavab veriblər.

“Springer Nature” jurnalında dərc olunan araşdırmada 40-75 yaş arası 2388 insan iştirak edib.

Onlar yeddi gün ərzində fiziki davranışlarını şərh edə bilən sensorlar taxıblar. Bu, mütəxəssislərə iştirakçıların 24 saatı necə keçirdikləri barədə məlumat verib.

Tədqiqatın aparıcı müəllifi, Svinbern Universitetinin doktoranturadan sonrakı tədqiqatçısı Kristian Breckenridyenin sözlərinə görə, onlar optimal sağlamlığı qorumaq üçün hər bir fəaliyyətin dəqiq vaxtını müəyyən edə biliblər.

Belə ki, 8,3 saat yatmaq, 6 saat oturmaq, 5,2 saat ayaq üstə durmaq, orta intensivlikli işlərlə məşğul olmaq – 2,2 saat, yüngül fəaliyyətlə – 2,2 saat məşğul olmaq tövsiyə olunur.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
sia.az

1Mənbələr