AZ

Həkimlər 53 yaşlı jurnalistin həyatını xilas edə bilmədilər

Məşhur rusiyalı jurnalist və siyasi şərhçi Maksim Kononenko 53 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə RT-yə onun həyat yoldaşı məlumat verib.

REN TV-nin məlumatına görə, Kononenko evində olarkən halı qəfil pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.

Bir çox insan onu "LiveJournal"dan cənab Parker kimi tanıyırdı. O, həmçinin "Xüsusilə RT üçün" kanalının daimi iştirakçısı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
publika.az

1Mənbələr