AZ

Gürcüstanla münasibətlər tamamən dəyişə bilər - Ağ Ev

ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu ölkə ilə münasibətləri əsaslı şəkildə dəyişə bilər.

Axar.az xəbər verir ki, bu xəbərdarlığı Ağ Evin mətbuat katibi Karine Jan-Pyer jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə edib.

"Bu qanun layihəsi qəbul olunarsa, bizi Gürcüstanla münasibətlərimizə yenidən baxmağa məcbur edəcək", - sözçü deyib.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
13
axar.az

10Mənbələr