AZ

Mini futbol: “Birbaşa Bakı” Azərbaycan çempionu oldu

Bu gün – mayın 14-də mini futbol üzrə Azərbaycan çempionatının 2023/2024 mövsümünün həlledici qarşılaşmaları baş tutub.

Arena.az xəbər verir ki, final qarşılaşmasında “Aznur” və “Birbaşa Bakı” komandaları üz-üzə gəliblər.

Bakı Tennis Akademiyasında keçirilən görüş “Birbaşa Bakı”nın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “Birbaşa Bakı” kollektivi ardıcıl ikinci dəfə qızıl medallara sahib çıxıb.

Final matçından öncə isə mini futbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub. Bürünc medal uğrunda qarşılaşmada “Odlar Yurdu” və “Real Bakı” komandaları üz-üzə gəliblər. Bakı Tennis Akademiyasında keçirilən görüş ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
arena.az

1Mənbələr