AZ

Makron hazırkı Avropa biznes modelini dəyişməli olduğunu bildirib

Rusiyadan ucuz enerji resursları ala bilmədiyi üçün Avropa ölkələri biznes modelini dəyişməli olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Versalda biznes konfransında çıxışı zamanı deyib.

Fransa liderinin sözlərinə görə, Avropada iqtisadi vəziyyət Çin və ABŞ ilə müqayisədə yaxşı görünmür. Makron vurğulayıb ki, Avropa biznesi ucuz Rusiya enerjisi, ixrac üçün əla Çin bazarı və Vaşinqtonun geosiyasi çətiri altında Avropada istehsalın təşkili üzərində qurulub.

Fransa lideri bildirib ki, indi bu “Avropa modelinin sütunları” öz mövcudluğunu dayandırır. Ona görə də Avropa biznes modeli dəyişməlidir və Avropa yeni, sürətlənən dünyada rəqabətədavamlı olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
nocomment.az

1Mənbələr