AZ

“Bolonya” ÇL-ə vəsiqə qazandı! - TURUN İCMALI

A seriyasının 36-cı turunda qeydə alınan nəticələrdən sonra daha iki komanda Çempionla Liqasına (ÇL) vəsiqəni təmin etdi.

“Football-plus.az” xəbər verir ki, gözlənildiyi kimi, “Bolonya” və “Yuventus” da növbəti mövsümdə İtaliyanı bu turnirdə təmsil edəcək. 5-ci vəsiqə uğrunda mübarizə isə davam edir.

Aprelin 22-də 20-ci skudettonu rəsmiləşdirən “İnter” 35-ci turda “Sassuolo”dan xal ala bilməmiş (0:1), bununla da İtaliyanın yeni çempionunun A seriyasında 29 oyunluq məğlubiyyətsiz seriyası qırılmışdı. Simone İnzaqi “Frozinone” ilə səfər oyununda əsasən qeyri-optimal heyətin üzvlərinə üstünlük vermişdi. Buna baxmayaraq, onun komandası rəqibi darmadağın etdi. 5 cavabsız qolla qalib gələn milanlılar cari mövsümdə vurduqları qolların sayını 86-ya yüksəltdilar. Onlar 53 ildən sonra A seriyasında ilk dəfə bu həddə çatdılar. Xatırladaq ki, “İnter” bu liqanın 1950/51 mövsümündə 36 turdan sonra 101 qol vurmuş və sonda 2-ci yeri tutmuşdu.
Maraqlıdı ki, Milan şəhərinin eyniadlı təmsilçisi də 3 xalı 5 qolla hesabına yazdı. Stefano Pyolinin komandası “Kalyari”yə 5:1 hesabıyla qalib gəldi. Bu qələbə “Milan”ın mövsümü gümüş mükafatçı kimi başa vuracağını rəsmiləşdirdi.

Ona görə ki, tura 3-cü yerdə başlayan “Yuventus” yenə büdrədi. Turinlilər artıq B seriyasına qayıdacağı rəsmiləşən “Salernitana”ya evdə qalib gələ bilmədi. Ölkə nəhəngi hətta məğlubiyyətdən son dəqiqələrdə qaça bildi. Aydın məsələdi ki, turinlilər bütün diqqətini ölkə kubokunun finalına yönəldiblər: Massimiliano Alleqrinin komandası “Atalanta” ilə həlledici oyundan əvvəl çempionat matçına konsentrasiya olmaqda bir qədər çətinlik çəkdi. Maraqlıdı ki, A seriyasında 5 oyundu qələbə qazana bilməyən “Yuventus” ÇL-də oynamaq hüququ qazandı. Amma heç-heçə sindromu “ağ-qaralar”a uzun müddət qərar tutduğu 3-cü yeri əldən vermək bahasına başa gəldi.

Bu yeri isə “Bolonya” tutdu. Çoxdan 4-cü yerdə möhkəmlənən Tyaqo Mottanın komandası Neapolda maksimum nəticəyə nail oldu. Son çempion “Napoli”ni iki cavabsız qolla məğlub edən bolonyalılar sona iki tur qalmış 60 ildə sonra ÇL-də oynamaq hüququ qazandılar! Vurğulanası digər məqam odu ki, “Napoli” növbəti məğlubiyyətlə avrokubokların növbəti mövsümündə iştirak şansını böyük təhlükə altına saldı. Söhbət isə İtaliyanın son çempionundan gedir...

“Yuventus” və “Bolonya”nın əsas hədəflərindən birinə çatması “Roma”nın məğlubiyyəti sayəsində mümkün oldu. Paytaxt komandası Berqamo səfərində xal qazana bilmədi. Bunu isə gözləməyə dəyərdi. Romalılardan fərqli, Avropa Liqasının (AL) finalına çıxan “Atalanta” 2:1 hesablı qələbə ilə ÇL-ə çıxmaş şansını artırdı. Qeyd edək ki, İtaliyanı gələn mövsüm bu turnirdə A seriyasını ilk 5 yerdə başa vuracaq komandalar təmsil edəcəklər. Onu da əlavə edik ki, “Atalanta” ən nüfuzlu klub turnirinə AL-in qalibi olmaqla da vəsiqə qazana bilər.

36-cı tur
Frozinone – İnter 0:5
Frattezi, 19. Arnautoviç, 60. Byukenen, 77. Lautaro Martines, 80. Türam, 84.
İnter: Zommer, Dimarko (Byukenen, 70), De Vrey, Bissek, Auqusto, Darmian (Kuadrado, 46), Barella (Sensi, 75), Asllani, Frattezi (Klassen, 64), Arnautoviç (Lautaro Martines, 64), Türam.
Milan – Kalyari 5:1
Bennaser, 36. Pulişiç, 59; 87. Reynders, 74. Leao, 83 – Nandes, 63. (70612)
Milan: Sportyello, Florentsi (Ernandes, 68), Tiav, Qabbya (Tomori, 46), Kalulu, Bennaser (Pobeqa, 84), Reynders, Pulişiç, Musa, Çukvueze (Leao, 46), Jiru (Okafor, 46).
Napoli – Bolonya 0:2
Ndoye, 9. Poş, 12.
Napoli: Meret, Olivera (Matsokki, 81), Juan Jezus, Rrahmani, Di Lorentso, Zambo Angissa (Traore, 81), Lobotka, Kayuste (Raspadori, 73), Kvaratsxeliya (Simeone, 83), Politano (Nqonq, 61), Osimhen.
Bolonya: Ravalya, Kristiansen, Kalafyori, Lukumi, Poş, Urbanski (Fabbian, 73), Fröyler (Əl-Azzuzi, 83), Ebişer, Odqor (Orsolini, 56), Ndoye (Salemakers, 56), Zirkzee (Kastro, 73).
Latsio – Empoli 2:0
Patrik, 45+3. Vesino, 89.
Latsio: Mandas, Hüsay, Patrik, Romanyoli, Latsari, Maruşiç, Kamada (Kataldi, 88), Genduzi (Vesino, 65), Zakkanyi (Pedro, 76), Felipe Anderson (Kastelyanos, 65), İmmobile (Rovella, 65).
Yuventus – Salernitana 1:1
Rabyo, 90+1 – Pyerotsi, 27.
Yuventus: Şçensnı, Ruqani (Yıldız, 76), Bremer, Qatti, Kostiç (Aylinq, 76), Lokatelli, Rabyo, Makkenni (Miretti, 46), Kambyaso, Ken (Kyeza, 46),Vlahoviç (Milik, 76).
Atalanta – Roma 2:1
De Ketelare, 18; 20 - Lorentso Pelleqrini, 66-p.
Atalanta: Karnesekki, Cimşiti, Hin, De Roon, Rucceri (Zappakosta, 58), Ederson (Mirançuk, 88), Hatebur, Koopmeyners, De Ketelare (Lukman, 58), Paşaliç (Skalvini, 75), Skamakka (Ture, 58).
Roma: Svilar, Anxelinyo, Ndika, Mançini, Kristensen (Koşta, 86), Paredes (Bove, 46), Lorentso Pelleqrini, Kristante (Azmun, 86), Əl-Şaaravi, Baldantsi (Abraham, 46), Lukaku.
Cenoa – Sassuolo 2:1
Badel, 56. Kumbulla, 63-öz qapısına – Pinamonti, 31-p.
Verona – Torino 1:2
Sviderski, 67 – Savva, 77. Pelleqri, 83.
Leççe – Udineze 0:2
Lukka, 36. Samarciç, 85.
Fiorentina – Montsa 2:1
Qonsales, 32. Artur, 78 – Curiç, 9.
1. İnter 36 29 5 2 86-19 92
2. Milan 36 22 8 6 72-43 74
3. Bolonya 36 18 13 5 51-27 67
4. Yuventus 36 18 13 5 49-28 67
5. Atalanta 35 19 6 10 65-39 63
6. Roma 36 17 9 10 63-44 60
7. Latsio 36 18 5 13 47-37 59
8. Fiorentina 35 15 8 12 53-40 53
9. Napoli 36 13 12 11 53-46 51
10. Torino 36 12 14 10 33-32 50
11. Cenoa 36 11 13 12 43-44 46
12. Montsa 36 11 12 13 39-48 45
13. Leççe 36 8 13 15 32-52 37
14. Verona 36 8 10 18 34-48 34
15. Udineze 36 5 18 13 35-52 33
16. Kalyari 36 7 12 17 38-65 33
17. Frozinone 36 7 11 18 43-68 32
18. Empoli 36 8 8 20 26-52 32
19. Sassuolo 36 7 8 21 42-72 29
20. Salernitana 36 2 10 24 28-76 16
Bombardirlər: Lautaro Martines (İnter) - 24, Vlahoviç (Yuventus) - 16, Osimhen (Napoli) - 15, Qudmundsson (Cenoa), Jiru (Milan) - 14.
Növbəti turun oyunları mayın 19-da keçiriləcək: Fiorentina – Napoli, Udineze - Empoli, Torino - Milan, Sassuolo - Kalyari, Salernitana - Verona, Roma - Cenoa, Montsa – Frozinone, Leççe – Atalanta, İnter – Latsio, Bolonya - Yuventus.

Turun rəqəmi
4600 – “Frozinone” üzərində qələbə “İnter” üçün əlamətdar faktı rəsmiləşdirdi. İtaliyanın yeni çempionu əsası 1929/30 mövsümündə qoyulan A seriyasında topladığı xalların ümumi sayını 4600-ə çatdırdı. Qeyd edək ki, milanlılardan əvvəl bu göstəriciyə “Yuventus” nail olub.

Turun ulduzu
Şarl De Ketelare (Atalanta) – “Roma” ilə oyun belçikalı futbolçunun benefisinə çevrildi. Məhz De Ketelarenin vurduğu iki qol komandasının vacib qələbəsini təmin etdi. Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Atalanta”da icarə əsasında çıxış edir. Rəhbərlik artıq onun transfer hüququnu “Milan”dan almaq qərarına gəlib.

Turun sitatı
Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Yeni mövsümdən “Napoli”ni çalışdıra bilərəm? Aurelio De Laurentis hələ 2011-ci ildə mənə təklif irəli sürmüşdü. Amma onda “İnter”ə üstünlük vermişdim. Buna baxmayaraq, De Laurentis həmişə mənə hörmət edib. Amma indi bütün fikrimi çempionat, ölkə kuboku və Avropa Liqasının həlledici oyunlarına yönəltmişəm”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
football-plus.az

1Mənbələr