AZ

Ağ Ev: Qəzzada soyqırım olmadığını düşünürük

“Biz Qəzzada baş verənlərin soyqırım olduğuna inanmırıq. Bunu birmənalı şəkildə rədd edirik".

Demokrat.az
xəbər verir ki, bunu ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

O, bildirib ki, ABŞ HƏMAS-ın məğlub olduğunu görmək istəyir:

“Biz HƏMAS-ın qısa zamanda məğlub olmasını gözləyirik. Müharibənin ortasında qalan fələstinlilər üçün vəziyyət çətindir. 

Lakin, Qəzzada baş verənlərin soyqırım olduğunu düşünmürük. Bu təklifi birmənalı şəkildə rədd edirik. 

HƏMAS girovları azad etsə Qəzzada atəşkəs əldə edilə bilər.  Dünya ölkələri HƏMAS-ı danışıqlar masasına qayıtmağa çağırmalıdır.

ABŞ atəşkəs sazişi və razılaşmalar üçün çalışır, lakin bu razılaşmanın nə vaxt eldə olunacağı məlum deyil”.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
demokrat.az

1Mənbələr