AZ

ABŞ-ın verdiyi zirehli gödəkçələr yüzlərlə əsgərin ölümünə səbəb oldu

Pentaqondan 80 il gecikən etiraf...

 

1944-cü ildə müttəfiqlərin faşist Almaniyasına qarşı açdığı ikinci cəbhə İkinci Dünya müharibəsi tarixinin gedişatına təsir göstərən ən mühüm hadisələrdən biri hesab edilir.

 

Moderator.az xəbər verir ki, bugünlərdə ABŞ tarixçiləri müttəfiqlərin Normandiya sahilinə desant çıxarması ilə açılan ikinci cəbhə ilə bağlı maraqlı məlumatlar yayıb. Məlumatda qeyd olunur ki, 1944-cü ildə ABŞ-ın müttəfiq qoşunlarına verdiyi ağır zirehlər yüzlərlə hərbçinin ölümünə yol açıb.

 

Belə ki, Normandiya sahilinə yön alan zaman bəzi gəmilərin su alması nəticəsində xeyli sayda əsgər həyatlarını qurtarmaq üçün özlərini suya atıblar. Lakin üzərlərindəki zirehlərin hədsiz ağırlığı onlara bu zirehlərdən, habelə islandığı üçün ağırlaşan paltarlardan qurtulmağa imkan verməyib. Nəticədə xeyli sayda əsgər həlak olub.

 

ABŞ zirehləri quruyan çıxan əsgərlərə də xeyirdən daha çox zərər verib. Belə ki, əyinlərindəki ağır zirehlər səbəbilə çevik hərəkət edə bilməyən hərbçilərin əksəriyyəti alman pulemyotçuları tərəfindən öldürülüb.

 

Üstündən 80 il keçməsinə baxmayaraq, bu fakt günümüzdə də ABŞ-ın o zamankı hərbi rəhbərliyinin səriştəsizliyi kimi qiymətləndirilməkdə, ağrı və iztirabla xatırlanmaqdadır.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
moderator.az

1Mənbələr